Raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir VİDEO FOTO


Digərləri 29 Mar 2018 17:59:00 302 0

Raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir  VİDEO  FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında təlimlər keçirilir.

Son.az bildirir ki, poliqonların birində keçirilən təlimdə özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki döyüş atışları icra olunur. Atışların dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə artilleriya bölmələri müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edirlər.

Son.az 


Xəbərə aid fotolar