Məleykə Əsədova və Ramiz Məlikin məhkəməsinin vaxtı açıqlandı


Digərləri 29 Mar 2018 17:10:00 240 0

Məleykə Əsədova və Ramiz Məlikin məhkəməsinin vaxtı açıqlandı

Xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiirləcək iclas aprelin 8-nə təyin edilib.

Şikayətə hakim Etibar Nəbiyevin sədrliyi ilə baxılacaq.

Məlumatı M.Əsədovanın vəkili Ceyhun Yusifov "Report"a təsdiqləyib. Müdafiəçi bildirib ki, apellyasiya şikayətində müvəkkilinin 200 min manat məbləğində təzminatının təmin edilməsi istənilir.

R.Məlik isə apellyasiya şikayətində 300 min manat məbləğində təzminat iddiasının təmin edilməsini istəyir.