Bu şəxslərin maaşları artırılıb


Digərləri 29 Mar 2018 09:38:00 248 0

Bu şəxslərin maaşları artırılıb

Nazirlər Kabineti "Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 3 mart 2018-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları artırılıb.