İmişlidə iki minik avtomobili toqquşub,


Digərləri 29 Mar 2018 08:50:00 212 0

İmişlidə iki minik avtomobili toqquşub,

Hadisə rayonun “Daş körpüsü” adlanan ərazisində qeydə alınıb

İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Heydər Əliyev prospektində "Daş körpüsü" adlanan ərazidə qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili ilə "VAZ"ın toqquşması nəticəsində İmişli rayon sakinləri - 1997-ci il təvəllüdlü Məmmədli Azər Mübariz oğlu və 1992-ci il təvəllüdlü Ağalarov Sənan Ağalar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.