Azərbaycan və İran dərman istehsalı və səhiyyə sahəsində


Digərləri 29 Mar 2018 07:46:00 205 0

Azərbaycan və İran dərman istehsalı və səhiyyə sahəsində

Bunu İran prezidenti Həsən Ruhani deyib

Azərbaycan və İran dərman istehsalı və səhiyyə sahələrində əməkdaşlığı genişləndirə bilər.

Son.az "Report"a istinadən bildirir ki, bunu martın 28-də sənədlərin imzalanması mərasimindən sonra İran prezidenti Həsən Ruhani Azərbaycan rəhbəri İlham Əliyev ilə mətbuata birgə bəyanatı zamanı deyib.

"İki dövlətin qarşılıqlı sərmayə qoyuluşu barədə qərarları, həm Astara-Astara layihəsinə, həm də sabah açılışı olacaq avtomobil istehsalı müəssisəsinə sərmayə qoyuluşu göstərir ki, ölkələrimizin geniş əməkdaşlıq üçün güclü iradəsi var. Gələcəkdə dərman istehsalı, səhiyyə və enerji mübadiləsi sahələrində əməkdaşlığımızı genişləndirə bilərik", - deyə Ruhani bildirib.