Dostumsan, yoxsa sevgilim? Suallarınıza cavab tapın


Digərləri 28 Mar 2018 23:51:00 309 0

Dostumsan, yoxsa sevgilim?  Suallarınıza cavab tapın

Çox xoşunuza gələn biri bəzən sizə dostdan da artıq, bəzən isə sadəcə dost kimi davranırsa və ağlınızı qarışdırırsa, münasibətinizi dəyərləndirməkdə fayda var. Çünki ağılda yaranan bu suallar heç kimi rahat buraxmaz. Dəqiqləşdirmək mütləqdir, əks təqdirdə sevgiliniz olmasını istədiyiniz şəxsin davranışlarını sadəcə özünüz görmək istədiyiniz şəkildə görər və xəyal qırıqlığı yaşayarsınız.

Xoşunuza gələn şəxsin dostunuz, yoxsa sevgiliniz olması ilə bağlı ağlınızda yaranan suallara Son.az-ın ailem.az-a istinadən təqdim etdiyi bu yazıda cavab tapın.

- Əgər ağır iş rejiminə rəğmən, sizin üçün vaxt ayıra bilirsə, bu, sizə dəyər verdiyini və özəl hisslər keçirməyə başladığını göstərir.

- Ortaq dostlarınız var? Xoşlandığınız şəxs sizi dostları ilə tanış edibmi? Tanışlıq zamanı sizinlə necə davrandı? Onların yanında sizinlə necə davranması ipucu ola bilər. Əgər sizə də digər dostları kimi davranırsa, dost olma ehtimalınız yüksəkdir.

- Özəl günlərdə sizə daha özəl davranması yaxınlıq dərəcənizi artırdığını göstərə bilər.

- Son anda harasa getməklə bağlı proqram qurursa və daha əvvəldən getməyi planlaşdırdığı yerə sizi də dəvət edirsə, sadəcə dostsunuz. Ancaq həftənin əvvəli zəng edib digər həftə üçün sizinlə birgə həftəsonu proqramı hazırlayırsa, sevgili olmaq ehtimalınız yüksəkdir.

- Siz zəng etdiyinizdə artıq bir planının olduğunu deyirsə və gedəcəyi yerə sizə də dilucu dəvət edirsə, deməli, dostsunuz. Ancaq dostları ilə qurduğu planı təxirə salaraq, gəlməyiniz üçün sizə təkid edirsə,  sevgili olmaq şansınız yüksəkdir.

- Birlikdə ikən keçmiş sevgililərdən söz açırsa, sevdiyi qız haqqında sevgiylə danışırsa, sadəcə dostsunuz. Amma keçmiş sevgililərdən söhbət düşdükdə mövzudan yan keçirsə, sevgili olmaq ehtimalınız böyükdür.