"Mançester Yunayted" Çilili futbolçu ilə maraqlanır


Dünya 28 Mar 2018 18:40:00 279 0

"Mançester Yunayted" Çilili futbolçu ilə maraqlanır

Yeni mövsümə iddialı bir şəkildə gəlmək istəyən "Mançester Yunayted"in daha bir transfer hədəfi bəlli olub.

Son.az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo heyətdə "Bayern Munich"nın yarımmüdafiəçisi Arturo Vidalı görmək istəyir. Çili mətbuatında yer alan məlumata görə, Mançester təmsilçisi bu keçid üçün 48 milyon avroluq təklif göndərməyə hazırlaşır. Vidala isə 4 illik müqavilə və illik 14,4 milyon avroluq maaş təklif ediləcək.