Bakıda 3 nəfəri bıçaqlayan şəxsə hökm oxundu


Digərləri 28 Mar 2018 17:05:00 218 0

Bakıda 3 nəfəri bıçaqlayan şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin sağlamlığına ziyan vurmaqda təqsirləndirilən Saleh Şahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Şahverdiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Saleh Şahverdiyev 2017-ci il oktyabrın 10-da sərxoş vəziyyətdə "Şamaxinka" adlanan ərazidə olan restorana gələrək, burada özü ilə gətirdiyi spirtli içkini içmək istəyib. Bu zaman restoranda ofisiant işləyən Fərid Ağayev Saleh Şahverdiyevə burada spirtli içkinin qadağan olduğunu bildirib. Tərəflər arasında mübahisə yaranıb. S. Şahverdiyev konyak şüşəsi ilə Fərid Ağayevin boyun nahiyəsinə zərbə endirib.