Sumqayıtda maşınla vurulan piyada öldü


Digərləri 28 Mar 2018 15:14:00 196 0

Sumqayıtda maşınla vurulan piyada öldü

Sumqayıt şəhərinin S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Son.az-a verilən məlumata görə, martın 28-də saat 1 radələrində Sumqayıt şəhərinin S.Vurğun küçəsində şəhər sakini Mahir Musayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Zaur Nağıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.