"155" vahid çağrı mərkəzi istifadəyə verildi


Digərləri 28 Mar 2018 14:28:00 234 0

"155" vahid çağrı mərkəzi istifadəyə verildi

Azərbaycanda "155" vahid çağrı mərkəzi xidməti istifadəyə verilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Mənbə bildirib ki, hazırda xidmət 3 dildə - Azərbaycan, rus və ingilis dillərində vətəndaşlar üçün telefon, internet, poçt və maliyyə xidmətləri göstərir.

Mənbə qeyd edib: "Yaxın vaxtlarda Call-mərkəz "109" və "157" məlumat xidmətlərinin nömrələrinin də inteqrasiyasını nəzərdə tutur".