Ərdoğan: "Casus böhranı ilə əlaqədar Rusiyaya qarşı addım atmayacağıq"


Dünya 28 Mar 2018 13:34:00 239 0

Ərdoğan: "Casus böhranı ilə əlaqədar Rusiyaya qarşı addım atmayacağıq"

Bizim onlar kimi hərəkət etməyimiz müzakirə mövzusu deyil.

Son.az APA-ya istinadən xəbər verir ki, bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Sergey Skripal hadisəsi ilə bağlı Qərb ölkələri tərəfindən Rusiya diplomatlarının "arzuolunmaz şəxs" elan olunmasına münasibət bildirərkən deyib.

Bolqarıstanın Varna şəhərində keçirilmiş Avropa İttifaqı-Türkiyə zirvəsindən qayıdan R. T. Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.