Dünyada dollar bu ilin IV rübündən bahalaşmağa başlayacaq


Digərləri 28 Mar 2018 12:51:28 130 0

Dünyada dollar bu ilin IV rübündən bahalaşmağa başlayacaq

Qlobal iqtisadiyyat 2023-cü ilə qədər böhrandan çıxa bilməyəcək

Qlobal valyuta bazarlarında ABŞ dollarının məzənnəsi bu ilin IVrübündən artmağa başlayacaq.

"Report"un analitik qrupu bildirir ki, bunun üçün bir sıra önəmli səbəblər var.

İlk növbədə ABŞ-ınFederal Ehtiyat Sistemi (FED) güclənən ölkə iqtisadiyyatı fonunda uçot dərəcəsini daha sürətlə və iri addımlarla artıra bilər. Bu il artım tempinin 0,25% deyil, 0,5% olacağıproqnozlaşdırır. Son nəticədə dolların məzənnəsi kəskin arta bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın vergi islahatları və gömrük rüsumlarının artırılması ilə bağlı qərarları, eləcə də Dodd-Frank qanununun ləğvi ölkədə iqtisadi və qiymət artımlarınısürətləndirəcək. Vergi islahatları ölkəyə investisiya axınına, gömrük rüsumları idxal inflyasiyasına, Dodd-Frank qanununun ləğvi isə kreditləşmənin həcmini artıraraq daxili inflyasiyaya ciddi təkan verəcək. Nəticədə, bu il ABŞ-da uçot dərəcəsi 2,75%-ə yüksələ bilər. Hazırda bu göstərici1,75% təşkil edir.

Sadalanan səbəblər USD/EUR nisbətinin bu ilin sonuna qədər1,15-ə, gələn il isəparitet səviyyətəqədər enməsinə gətirib çıxaracaq.

FED 2019-cu ildə uçot dərəcəsini 3,5%-4%-ə qədər yüksəldə bilər. Bundan sonra ABŞ iqtisadiyyatında sabitlik bərpa oluna,USD/EUR nisbəti 0,95-ə düşə bilər.

2020-ci ildə sabitləşəcəkmaliyyə bazarları, 2022-ci ildə növbəti faiz artımı dalğası ilə üzləşəcək. Bu zaman FED-in uçot dərəcəsini 6-8%-ə yüksəldəcəyigözlənilir. Son nəticədə 1 avro 0,84 dollara bərabər ola bilər.

"Report"un analitik qrupu dünya bazarında neftin 1 barelinin qiymətinin2019-cu ildə 35 dollara, 2022-ci ildə isə 25 dollara düşəcəyiniproqnozlaşdırır. Qızılın 1 unsiyasının qiyməti isə 2019-cu ildə 1 000 dollara, 2022-ci ildə isə 850 dollara düşə bilər.

Dünya iqtisadiyyatındanövbəti əsaslı inkişaf dalğası 2023-cü ildən sonra olacaq. Xatırladaq ki, iqtisadi tsiklları təhlil edən məşhur alim Nikolay Kondratyevin dalğa nəzəriyyəsinə görə isə, iqtisadi durğunluq 18 ilə yaxın davam edir. Qlobal iqtisadi böhranın2007-ci ildə başladığı nəzərə alınarsa, gerilmə dövrü2025-ci ildə bitməli, növbəti 25 ilin iqtisadi artım dövrü olmalıdır.