“Siqaret çəkmə, kino çək!”


Digərləri 28 Mar 2018 12:03:00 444 0

“Siqaret çəkmə, kino çək!”

Bildiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 29 dekabr, 2017-ci ildə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu imzalamışdı. Bununla bağlı "Report" İnformasiya Agentliyi, "Cinemazadeh" studiyası, "Bakı Media Mərkəzi", "CinemaPlus" kinoteatrlar şəbəkəsi, "Azad Azərbaycan" teleradio yayım şirkəti və "CBC" telekanalı ilə birgə "Siqaret çəkmə, kino çək!" mövzusunda film müsabiqəsi elan etmişdi. Həmin müsabiqəyə "Digant Film" "Ölüm Dumanı" adlı qısametrajlı film çəkərək qoşulmuşdur. Artıq çəkilişlər başa çatıb, son montaj işləri davam edir.

Mart ayının 30-da "Digant Film"-in öz rəsmi youtube kanalında yayımlanacaq.

Bu filmin İdeya müəllifi və Quruluşçu Operatoru Cavid Həşimov, Hekayəsi və Quruluşçu Rejissoru  Emin Məmmədov,  Produsseri isə Rüfət Həşimovdur.


Xəbərə aid fotolar