Rusiyalı ekspert: "Azərbaycan nəqliyyat qovşağı qismində rolunu yaxın illərdə daha da möhkəmləndirəcək"


Digərləri 28 Mar 2018 07:41:00 270 0

Rusiyalı ekspert: "Azərbaycan nəqliyyat qovşağı qismində rolunu yaxın illərdə daha da möhkəmləndirəcək"

Yaxın bir neçə il ərzində Azərbaycan neft-qaz sənayesindən böyük gəlirlərin əldə olunduğu iqtisadiyyatdan qeyri-xammal sektoruna yönəlmiş iqtisadiyyata keçid məqsədilə ixracın diversifikasiyası məsələsini həll edəcək.

Son.az bildirir ki, bunu Trend-ə rusiyalı politoloq, Moskva Dövlət Universiteti nəzdində Postsovet məkanının tədqiqi İnformasiya-Analitika Mərkəzinin direktor müavini Aleksandr Karavayev deyib.

Ekspertin fikrincə, əsas inkişaf üç istiqamətdə - aqrar sənaye, logistika və nəqliyyat kommunikasiyaları, eləcə də kiçik və orta biznesin dəstəklənməsi sahəsində davam edəcək:

"Nəqliyyat kommunikasiyalarının inkişafı Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi məcrasında davam edəcək".

A.Karavayevin sözlərinə görə, çox vacib inkişaf xətti kiçik və orta biznesin dəstəklənməsidir, çünki ixrac potensialının əsası məhz bu səviyyədə qoyulur: