Belçika bir rusiyalı diplomatı ölkəsindən çıxaracaq


Dünya 28 Mar 2018 03:38:34 255 0

Belçika bir rusiyalı diplomatı ölkəsindən çıxaracaq

Bu barədə qərar hökumətin Skripal işi üzrə iclasının yekununda qəbul olunub

Belçika Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızının zəhərlənməsi işi ilə əlaqədar bir rusiyalı diplomatı ölkəsindən çıxaracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Krallığın baş naziri Şarl Mişel hökumətin Skripal işi ilə bağlı vəziyyətə həsr olunmuş iclasının yekununda deyib.

"Biz bir rusiyalı diplomatı akkreditasiyadan məhrum etmək qərarına gəldik, lakin Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinə sadiqik", - deyə o bildirib.