Tez xarab olan qidaları soyuducuda düzgün saxlamaq üçün


Digərləri 27 Mar 2018 23:51:00 349 0

Tez xarab olan qidaları soyuducuda düzgün saxlamaq üçün

Havalar isindikcə qida məhsullarının saxlanılması da çətinləşir. Gündəlik istifadə edilən bir çox məhsulun soyuducuda belə keyfiyyətli qalması çətin məsələdir. Bəzən biz buna diqqət etmirik və bu gün aldığımız məhsulu dadına belə baxmadan soyuducudan birbaşa zibil qutusuna atmaq məcburiyyətində qalırıq. Bu cür halların yaşanmaması üçün onları düzgün saxlamağın üsullarını bilmək lazımdır.

Son.az publika.az-a istinadən ən çox istifadə edilən və soyuducuda belə ən tez xarab olan məhsulların keyfiyyətini qoruyub saxlamağın 5 maraqlı üsulunu təqdim edir:

Əgər siz bu məlumatları oxuduqdan sonra əməl etməsəniz, o zaman qazandığınız pula heyfiniz gəlmir deməkdir. Ən çox istifadə edilən qida məhsullarından biri çörəkdir.

1. Çörək

Çörəyi daha yumşaq və təzə kimi qalması üçün soyuducuda saxlamaq lazım deyil. Bəzən insanlar çörəyi soyuducuya qoyur ki, daha yumşaq qalsın. Kəsilməmiş çörəyi soyuducuda saxlamaq olar. Lakin kəsilmiş çörəklərin təzə qalması üçün onu tən ortadan deyil, dilim-dilim kəsmək lazımdır. Çörəyi dilimləyib bir-birindən ayırmadan, içərisinə hava keçməyəcək şəkildə paaketə və ya xüsusi çörək qutularına qoyub saxlayın. O zaman daha yumşaq və təzə kimi qalacaq.

2. Kürü

Əgər siz kürünü açıq bankada saxlayırsınızsa, o, bir gün içində xarab olacaq. Bir həftə və daha çox kürü saxlamaq üçün yaxşı olar ki, onu içərisi qaynar və duzlu su ilə yuyulmuş şüşə bankaya qoyasız. Şüşə qablarda kürünün nə qoxusu, nə də özü xarab olmadan qala bilir. Hətta daha yaxşı qalması üçün üzərinə bir az yağ töküb, limon dilimi də əlavə edə bilərsiz.

Ümumiyyətlə, duzlu suyla yuyulmuş şüşə bankada istənilən kürünü 1 həftəyə qədər saxlamaq olar. Qapağın altında donmuş yağ və limon duzu qoymağı unutmayın. Bu qayda ilə kürünü nəinki soyuducuda, eləcə də, soyuducudan kənarda soyuq yerdə də saxlamaq olar.