Şirvanda mənzildə qətlə yetirilmiş şəxsin meyiti tapılıb


Digərləri 27 Mar 2018 21:29:00 264 0

Şirvanda mənzildə qətlə yetirilmiş şəxsin meyiti tapılıb

Şirvan şəhərinin Heydər Əliyev küçəsində yerləşən mənzillərdən birində qətlə yetirilmiş şəxsin meyiti tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, meyitin şəxsiyyəti artıq müəyyən edilib.  

Qətlə yetirildiyi ehtimal olunan şəxsin Ağsu şəhər sakini 1962-ci il təvəllüdlü Məmmədov Cəmaləddin Abdulhəmid oğlu olduğu müəyyənləşib.

Meyit müayinə üçün morqa aparılıb.

Faktla bağlı araşdırma aparılır.