Faiqlə Tünzalə arasında birincilik davası


Şou-biznes 27 Mar 2018 19:15:00 298 0

Faiqlə Tünzalə arasında birincilik davası

Xalq artisti Faiq Ağayev bəstəkar Rəşid Behbudovun qızı Rəşidənin onun haqqında dediklərinə cavab verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, R.Behbudova F.Ağayevi Türkiyənin məşhur müğənnilərindən biri Müşərrəf Akayla birlikdə "Sənə də qalmaz" mahnısını səsləndirən zaman atası, bəstənin müəllifi Rəşid Behbudovun adını çəkmədiyini bildirib. 

F.Ağayev isə onun dediklərinə etiraz edərək, belə bir halın yaşanmadığını söyləyib:

"Verilişin efirə gedən görüntülərini yayımlaya bilməzdim, bu qadağandır. Mən məşq hissəsin yayımlamışdım. Bu nə tələsgənlikdir? Siz efirə baxın, sonra danışın. Mən xüsusi qeyd etmişəm ki, məşq çəkilişidir. Elə insan deyiləm ki, Rəşid Behbudovu qeyd etməyim".