Yens Stoltenberq: "NATO üzvü olan 25 ölkə rusiyalı diplomatları ölkəsindən çıxaracaq"


Dünya 27 Mar 2018 18:19:58 273 0

Yens Stoltenberq: "NATO üzvü olan 25 ölkə rusiyalı diplomatları ölkəsindən çıxaracaq"

"NATO Rusiyanın Brüsseldəki daimi nümayəndəliyinin yeddi işçisini geri göndərir"

"NATO Rusiyanın Brüsseldəki daimi nümayəndəliyinin yeddi işçisini geri göndərir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu addımlar Baş Kəşfiyyat İdarəsinin sabiq agenti Sergey Skripalın öldürülməsinə cavab olaraq atılıb: "NATO təşkilatdakı Rusiya missiyasını 30 nəfərdən 20 nəfərədək azaldıb və Rusiyanın Alyans yanındakı daimi nümayəndəliyində üç diplomata akkreditasiya verilməsinə baxılması prosesini dayandırıb".

Y.Stoltenberq əlavə edib ki,NATO üzvü olan25 ölkə rusiyalı diplomatları ölkəsindən çıxaracaq.