"Nura Suri çox danışır, səsi başıma düşür"


Şou-biznes 27 Mar 2018 15:54:00 269 0

"Nura Suri çox danışır, səsi başıma düşür"

Xəbər verdiyimiz kimi, müğənni Xatun Əliyeva "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 10 müğənninin mahnılarını yox, insanlığını sıralayacağını etiraf edib.

Xatun onuncu pilləyə Murad Ariflə Dilarə Kazımovanın duetini qoyub. Sənətçi doqquzuncu yerə əməmkdar artist Tünzalə Ağayevanı layiq gördüyünü deyib:

"Bunun həyatında paqonlu adam görürəm. Son günlər mahnılarını qarışdırıb. Yəqin xarici mahnılara çox qulaq asır. Ona görə də doqquzuncu pillə olsun".

Sənətçi səkkizinci Natavan Həbibini, yeddinci isə Zamiq Hüseynovu edib. Xatun altıncı pilləyə layiq gördüyü Samir Cavadzadəni müdafiəyə qalxıb:

"Bunun xətrinə Nura Suri dəymişdi. Şəkli yoxdur, haqqında bir-iki söz deyərdim. Çox danışır, səsi başıma düşür. Bir az mahnı oxusun, hit olsun. Samirin öz həyatı var, ona necə xoşdursa, bizə də xoşdir. Sənəti olmaya-olmaya ona-buna söz atmaqdansa, bizi mahnı ilə sevindirə bilər. Beşdə Samir Piriyevin "Eşqbaz"ı olsun.