Bakıda mənzildən 200 min manatın oğurlanmasının təfərrüatı açıqlandı FOTO


Digərləri 27 Mar 2018 13:30:00 287 0

Bakıda mənzildən 200 min manatın oğurlanmasının təfərrüatı açıqlandı  FOTO

Bakıda mənzildən 200 min manatın oğurlanmasının təfərrüatı açıqlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Qaradağ rayonu Sahil qəsəbəsində evlərdən birindən 200 000 manat, 1500 ABŞ dolları və külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Qaradağ rayonu Sahil qəsəbəsində zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstünün açılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, martın 21-də Qaradağ Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən ona məxsus mənzildən 200 000 manat, 1500 ABŞ dollar və külli miqdarda qızıl-zinət əşyaların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən "isti iz"lərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Dünyamalı Gülalıyev, əvvəllər məhkum olunmuş Osman Məmmədov və Yadigar Dadaşov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkənin evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumat əvvəlcə D.Gülalıyevdə olub. O, digər şəxslərə həmin evdən oğurluq etməyi məsləhət görüb və mənzilin yerləşdiyi ünvanı da onlara göstərib. Bunların müqabilində isə oğurlanan puldan 30 000 manat D.Gülalıyevə çatmalı imiş. D.Gülalıyev hadisə baş verən gün zərərçəkənin evdə olmadığı barədə O.Məmmədov və Y.Dadaşova məlumat verəndən sonra onlar mənzilə daxil olublar.

Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar