Həsən Ruhani: İran və Azərbaycan neft-qaz sahəsində əməkdaşlıq sazişi imzalayacaq


Digərləri 27 Mar 2018 13:02:00 197 0

Həsən Ruhani: İran və Azərbaycan neft-qaz sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Həsən Ruhani Azərbaycana səfəri çərçivəsində neft-qaz sahəsində əməkdaşlıq barədə saziş imzalamağı planlaşdırır.

Bakı. Maksim Tsurkov, Xalid Kazımov - İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfəri çərçivəsində neft-qaz sahəsində əməkdaşlıq barədə saziş imzalamağı planlaşdırır. Trend-in məlumatına görə, bunu H.Ruhani Aşqabada səfəri ərəfəsində Tehran hava limanında jurnalistlərə açıqlamasında deyib. İran Prezidenti, həmçinin qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinə çağırıb. Qeyd edək ki, H.Ruhani regiona səfərləri çərçivəsində Türkmənistana yola düşüb. O, sabah Azərbaycana gələcək. Bundan əvvəl martda İran və Azərbaycan Xəzərdəki neft bloklarının işlənməsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin şərtləri üzrə danışıqlar aparıblar. Xatırladaq ki, “Naftiran Intertrade Company” (NICO, İran Milli Neft Şirkətinin (NIOC) törəmə müəssisəsi) Azərbaycanın “Şahdəniz” qaz yatağının işlənməsi üzrə konsorsiumda 10 faiz iştirak payına sahibdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin