Azərbaycandan Həccə getmək istəyənlərin sayı açıqlandı


Digərləri 27 Mar 2018 11:20:00 252 0

Azərbaycandan Həccə getmək istəyənlərin sayı açıqlandı

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 600 insan müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 600 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.

Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir. QMİ-dən əlavə ediblər ki, hələki təkrar Həcc ziyarəti üçün müraciət edilməyib.