Əfqanıstan üzrə beynəlxalq konfrans işə başladı


Dünya 27 Mar 2018 11:15:00 229 0

Əfqanıstan üzrə beynəlxalq konfrans işə başladı

Özbəkistan Əfqanıstan hökuməti və silahlı müxalifət, ilk növbədə "Taliban" hərəkatı arasında birbaşa dialoqun başladılmasına çağırır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Əfqanıstan üzrə "Sülh prosesi, təhlükəsizlik və regional qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlıq" adlı beynəlxalq konfransın açılışında bildirib.

Açılış mərasimində Əfqanıstanın Prezidenti Əşrəf Qəni, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini çıxış edəcəklər.

Plenar iclaslarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, İranın XİN başçısının müavini Abbas Araxçının, 20-yə yaxın ölkə və təşkilatın yüksək vəzifəli nümayəndələrinin iştirak edəcəyi gözlənilir.