"Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən narazılıqlar var"


Digərləri 27 Mar 2018 09:49:00 259 0

"Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən narazılıqlar var"

Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən böyük narazılıqlar var və o baxımdan da biz radiolarda monitorinqləri artırdıq.

Son.az bildirir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli radiolarla bağlı keçirilən monitorinqlərə münasibət bildirərkən deyib.

N.Məhərrəmlinin sözlərinə görə, bununla bağlı tədbir keçiriləcək və monitorinqin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.