Hamilə qadınlar üçün qadağan olunmuş


Digərləri 26 Mar 2018 21:45:00 225 0

Hamilə qadınlar üçün qadağan olunmuş

Hamiləlik çox məsuliyyətli dövrdür. Ananın sağlam və tamdəyərli qidalanması dölün normal inkişafına çox ciddi təsir edir.

Lakin bəzi məhsullar var ki, onların istehlakı hamiləlik zamanı yolverilməzdir və dölün inkişafına ziyan vura bilər. Son.az saglamolun.az-a istinadən bu məhsulların siyahısını təqdim edir:

1. İstənilən spirtli içkilər. Alkoqol dölün inkişafına olduqca mənfi təsir edir, müxtəlif anadangəlmə qüsurlarına səbəb ola bilər.

2. Çiy balıq. Buna əsasən müxtəlif suşi və roll kimi yeməklər aiddir. Çiy balıqda listeriya mikrobu ola bilər ki, bu mikrob hamiləlik zamanı dölə çox ciddi ziyan vura bilər.

3. Pasterizə olunmamış süd və ondan hazırlanmış süd məhsulları, pendir kiflə.

4. Çiy yumurta. Bunun səbəbi salmonelyoz infeksiyasının riskidir ki, bu infeksiya dölün inkişafında ciddi pozulmalar yarada bilər.