ABŞ və Kanada ilə yanaşı daha 14 ölkə rus diplomatlarını ərazisindən çıxarır


Dünya 26 Mar 2018 20:30:00 302 0

ABŞ və Kanada ilə yanaşı daha 14 ölkə rus diplomatlarını ərazisindən çıxarır

Ümumilikdə 106 rusiyalı diplomat iş yerini tərk etməlidir

ABŞ, Kanada və Aİ ölkələri ilə yanaşı, daha bir neçə dövlət Rusiyanın keçmiş casusu Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqədar rus doplomatlarını ərazisindən çıxarır.

Son.az report.az-a istinadən bildirir ki, ümumilikdə 106 rusiyalı diplomat həftə ərzində iş yerini tərk etməlidir.

Bundan əlavə, daha 12 rus diplomatı BMT yanındakı nümayəndəlikdən qovulacaq. Avropa Şurasının sədri Donald Tuskun sözlərinə görə, "Skripal işi"nə görə, rus diplomatları ümumilikdə 14 ölkəni tərk edəcəklər. Tusk əlavə tədbirlərin görüləcəyini və digər qovulmaların da olacağını istisna etməyib.

ABŞ istisna olmaqla, Kanada rus diplomatlarını ərazisindən çıxaran Aİ üzvü olmayan yeganə ölkədir.