Müharibə veteranları Ermənistan rəhbərliyinə müraciət edəcək


Dünya 26 Mar 2018 19:40:00 239 0

Müharibə veteranları Ermənistan rəhbərliyinə müraciət edəcək

"Cənubi Qafqazın II Dünya Müharibəsi veteranları Ermənistan rəhbərliyinə faşist Qareqin Njdenin Yerevandakı heykəlinin götürülməsi ilə bağlı müraciət etməyə hazılaşırlar".

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Slavyan Xalqları Milli Konqresinin prezidenti, "Ölməz alay"ın rəhbərinin müavini Anjelika Zaxarova deyib.

O bildirib ki, müraciətin hazırlanması ilə bağlı Gürcüstan və Ermənistanın veteran təşkilatlarında müzakirələr aparılır və sənədin yaxın vaxtlarda ünvanlanacağı gözlənilir: "Yerevanın mərkəzində Hitlerin sağ əli olmuş Qareqin Njedinin heykəlinin ucaldılması Böyük Vətən Müharibəsində həlak olmuş insanların xatirəsinə təhqirdir. Sağ qalmış veteranlar Hitlerin əlbirlərinin törətdikləri fəhşiliklərin canlı şahidləri olublar".