Ziya Məmmədovun qohumuna qarşı dələduzluq edən şəxsin apellyasiya məhkəməsi başlayır


Digərləri 26 Mar 2018 11:12:00 272 0

Ziya Məmmədovun qohumuna qarşı dələduzluq edən şəxsin apellyasiya məhkəməsi başlayır

Sənan Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə başlayır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sənan Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə başlayır.

Son.az APA-ya istinadən xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxış iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, Sənan Cəfərov 30 nömrəli marşrut xəttinə nəzarət edib. O, marşrut xəttinə nəzarət edən "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib. Rövşən Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.