Kataloniyada iğtişaşlar zamanı xəsarət alanların sayı artıb


Digərləri 26 Mar 2018 10:25:00 215 0

Kataloniyada iğtişaşlar zamanı xəsarət alanların sayı artıb

Polislə etirazçılar arasında toqquşmalar zamanı xəsarət alanların sayı artıb.

Bakı. Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemonun saxlanılmasından sonra muxtar vilayətdə polislə etirazçılar arasında toqquşmalar zamanı xəsarət alanların sayı artıb. Trend-in məlumatına görə, qarşıdurmalar nəticəsində 100-ə yaxın şəxs, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif dərəcəli xəsarət alıb. Saxlanılanlar var. Nümayişlər Barselona, Lerida, Jirona və Tarraqona şəhərlərində keçirilir.