Beyin iflicinin və infarktın əlamətləri: bədəninizdə bu dəyişikliklər VARSA, DEMƏLİ... MÜTLƏQ OXUYUN!


Digərləri 26 Mar 2018 07:28:00 326 0

Beyin iflicinin və infarktın əlamətləri: bədəninizdə bu dəyişikliklər VARSA, DEMƏLİ...  MÜTLƏQ OXUYUN!

Beyin iflici qəfildən baş verən və əlamətləri öncədən bəlli olmayan xəstəlikdir. Lakin bədəninizdə baş verən bir sıra dəyişikliklər sizin üçün xəbərdarlıq ola bilər.

Son.az beyin iflicindən əvvəl bədəndə baş verən dəyişiklikləri təqdim edir:

Yüksək təzyiq

Yüksək təzyiq beyin infartkı və beyin qanamasının ən böyük əlamətidir. Təzyiqin yüksəlməsi səbəbindən beyinə gedən damarlar zamanla daralır, formaları dəyişir və qan sızması baş verir.

Boyun tutulması

Beyin damarlarındakı qanama boyun tutulmasına səbəb olur. Əgər çənəniz sinənizə dəymirsə və başınız çox ağrıyırsa, təcili həkimə gediniz.

Ayaqda tutulma

Müvəqqəti iflic kimi ayağınızı hərəkət etdirə bilməməyiniz dizinizlə ayaq arasında körpü rolunu oynayan sinirlərin zədələnməsi deməkdir. Bu da beyin iflici ilə əlaqəlidir.

Şiddətli baş ağrısı

Əgər qəfildən başınız şiddətli şəkildə ağrıyırsa və heç zaman belə ağrı yaşamamısınızsa, yenə də təcili həkimə getməlisiniz. Şiddətli baş ağrısından sonra beyin iflici keçirən insanların sayı xeyli çoxdur.


Xəbərə aid fotolar