Somali parlamentinin yaxınlığında partlayış törədilib, ölənlər var


Dünya 25 Mar 2018 20:49:00 278 0

Somali parlamentinin yaxınlığında partlayış törədilib, ölənlər var

Somalinin paytaxtı Moqadişo şəhərində partlayış baş verib.

Son.az APA-ya istinadən bildirir ki, insident ölkə parlamentinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, minalanmış avtomobilin partladılması nəticəsində azı 5 nəfər ölüb, yaralananlar var. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.