Azərbaycanda saatların irəli çəkilməsi çaşqınlıq yaratdı VİDEO


Digərləri 25 Mar 2018 19:49:00 348 0

Azərbaycanda saatların irəli çəkilməsi çaşqınlıq yaratdı  VİDEO

Azərbaycan 2016-cı ildən qış və yay vaxtına keçiddən imtina edib. Yəni yazda və payızda irəli-geri çəkilən saat sistemi ləğv olunub.

Son.az bildirir ki, ancaq buna baxmayaraq yenə bu gün səhər saatlarında bəzi mobil telefon və kompüterlərdə saatlar 1 saat irəli çəkilib.

Ekspert Rövşən Əkbərov bildirir ki, bəzi cihazlarda vaxtın dəyişməsinə səbəb onların saat sisteminin ən son olaraq Azərbaycanda yay vaxtının ləğv olunmasından öncə tənzimlənməsidir.

Adətən "ağıllı" və məlumatlarını daim yeniləyən cihazlarda saat problemi yaşanmayıb və yaşanmayacaq. Ancaq bəzi mobil cihazlarda günəşdən səmərəli istifadədən imtina etməklə də saatın dəyişməsinin qarşısını almaq olar.