Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı açıqlandı


Digərləri 25 Mar 2018 17:54:00 255 0

Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı açıqlandı

2017-2018-ci tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı ötən tədris ili ilə müqayisədə 10 faiz artıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2017-2018-ci tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı 75 ölkədən olmaqla 5541 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 10 faiz çoxdur.

Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali məktəblərin sırasına Tibb Universiteti, Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti daxildir.