Güclü küləyin Masallıya vurduğu ziyanın həcmi açıqlandı


Digərləri 25 Mar 2018 14:07:00 246 0

Güclü küləyin Masallıya vurduğu ziyanın həcmi açıqlandı

Masallı şəhəri istisna olmaqla, rayonun bütün yaşayış məntəqələrinə elektrik enerji verilməsi dayandırılıb Masallı rayonu ərazisində əsən və iki saat davam edən güclü qərb küləyi nəticəsində rayonun elektrik, rabitə, şəhər və kənd təsərrüfatına və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Son.az APA-ya istinadən bildirir ki, rayon ərazisində 70-ə yaxın işıq dayağı aşması zamanı 10 kv-luq xətlərdə qəza baş verib.

Şəhər ərazisi istisna olmaqla, rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb. Bundan başqa, 130 ədəd rabitə dirəyi aşıb, 10 km-ə yaxın rabitə kabeli sıradan çıxıb. Rayon ərazisində 45-ə yaxın irigövdəli çoxillik ağaclar kökündən çıxaraq aşıb. Ağacların aşması nəticəsində Lürən kənd sakini Şahüseyn Mahmudova məxsus "Pajero" markalı, Lənkəran sakini Rövşən Tağıyevə məxsus "Mersedes" markalı və rayon İcra hakimiyyətinə məxsus "44-AA-001" nömrə nişanlı "BMW" markalı maşına ziyan dəyib. Masallı şəhəri ərazisində 4 mərtəbəli 32 mənzilli yaşayış binasının 300 kv metr dam örtüyünü külək atıb.

Qəriblər kəndində yerləşən ümumi yaşayış binasının dam örtüyünə, Həsənli kənd tam orta məktəbinin, yeni Zuvand, Təklə, Qodman, Ərkivan 1 saylı, Ərkivan 5 saylı və Qəriblər kənd məktəblərinin, Həsənli kənd, şəhər 1 saylı, Qızılağac və Hişkədərə kəndində yerləşən uşaq bağçalarının dam örtüyünə də ziyan dəyib.