Piyadanı vurub qaçan sürücü saxlanılıb


Digərləri 25 Mar 2018 10:34:00 175 0

Piyadanı vurub qaçan sürücü saxlanılıb

Qazax rayonunda piyadanın ölümünə səbəb olaraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Son.az report.az-a istinadən bildirir ki, 2002-ci təvəllüdlü Vəliyev Məmməd Rövşən oğlu Birinci Şıxlı kəndi ərazisində yolu keçərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılan zaman yolda keçinib.