ABŞda qadağan olunmuş dərmanları satan ermənilər saxlanıldı


Dünya 25 Mar 2018 09:37:00 240 0

ABŞda qadağan olunmuş dərmanları satan ermənilər saxlanıldı

ABŞ-ın Kaliforniya ştatında, Qleyndeldə qadağan olunmuş dərmanları satan ermənilər saxlanılıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Qleyndel polisi bildirib.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarına iki nəfərin narkotik tərkibli dərman satması barədə zəng daxil olub. Bundan sonra asayiş keşikçiləri Cofri Daftyan və Boris Mxitaryanı izləməyə başlayıblar.

Qadağan olunmuş dərmanların satışı zamanı polis 3 nəfəri yaxalayıb. Onlardan 400 dollar nagd pul və 100 şüşə "Alprazolam" müsadirə edilərək götürülüb.