BakıBöyük Kəsik qatarında faciə: qatardan atıldı və...


Digərləri 24 Mar 2018 23:56:00 393 0

BakıBöyük Kəsik qatarında faciə: qatardan atıldı və...

Axşam saatlarında Bakı-Böyük Kəsik qatarında bədbəxt hadisə baş verib.

Son.az axar.az-a istinadən bildirir ki, Ağstafa stansiyasında doğmasını yola salmaq üçün qatara qalxan şəxs gecikib və qatar hərəkətə başlayanda düşməyə cəhd göstərib. Bələdçinin xəbərdarlığına məhəl qoymadan qapını açan şəxs hərəkətdə olan qatardan atılıb, amma bədbəxtlikdən relslərin üzərinə yıxılıb.

Hadisə nəticəsində sərnişinin ayaqları qatarın altında qalaraq kəsilib.