Dünyanın beş sadə sualına cavab


Digərləri 24 Mar 2018 22:55:00 249 0

Dünyanın beş sadə sualına cavab

Maurice Saatchi-nın "Düşüncənin qəribə sadəliyi" kitabına istinadən beş sadə sualın cavabını oxucularımıza təqdim edirik.

Müştərilərinizi daşıyabiləcəklərindən daha çoxunu almağa necə razı sala bilərsiniz?

1912-ci ildə kiçik mağaza sahibi müştərilərinin sadəcə daşıyabiləcəkləri qədər məhsul aldığını müşahidə edir. Problemin həlli isə çox sadə idi. Sağlam olması üçün içindən keçən sapı olan ucuz bir kağız torba. Walter H.Deubner alış-veriş torbasını ixtira edir və bütün dünyanın alış-veriş tərzini dəyişdirir.

Müştərilər necə məhsul yarada bilər axı?

İstehsalçı məhsulu istehsal edər, istehlakçı isə alır. Ticarətin fəlsəfəsi budur. Ən azından 1950-ci illərin ortalarına, Gillis Lundgrenin avtomobilinin baqajına yeni aldığı masanı qoymağa çalışana qədər bu belə idi. Masa baqaja yerləşmir. Belə olan halda o, masanın ayaqlarını sökür, masanı yenidən düzəldə biləcəyini düşünür. Yeni nəsə kəşf etdiyini düşündüyündən fikri IKEA-dakı rəhbərinə deyir. 1956-ci idə IKEA-nın "Yastı qutu" fəlsəfəsi yaranır.

Rənglər insan davranışlarını necə idarə edir?