Gül kələmi hansı orqanlar üçün faydalıdır?


Digərləri 24 Mar 2018 22:05:00 452 0

Gül kələmi hansı orqanlar üçün faydalıdır?

Hazırda Azərbaycanda ucuz qiymətə satılan və insan orqanizmi üçün sözün həqiqi mənasında çox faydalı olan tərəvəzlərdən biri də gül kələmidir. İndi bu tərəvəzin 1 kiloqramı 80 qəpik - 1 manat arasında dəyişir.

Gül kələmindən mütəmadi istifadə edən, ondan müxtəlif salatların hazırlayan, yeməklərə qatan ailələr az deyil. Ancaq müəyyən ailələr də var ki, onlar gül kələmindən istifadə etmirlər, yaxud insan orqanizminə faydalarından xəbərsizdilər. Yeniavaz.com saytı gül kələminin insan orqanizminə faydalarını təqdim edir.

Son.az yeniavaz.az-a istinadən bildirir ki, gül kələmi əvvəllər "Kipr kələmi" adlanıb və Azərbaycana ilk dəfə oradan gətirildiyi bildirilir. Müxtəlif mənbələrdə gül kələmin ilk dəfə Misir və İranda becərilməyə başlandığı bildirilir. Daha sonra isə İtaliyada yetişdirilib və oradan Avropaya yayılıb. Gül kələminin ağ hissəsi ilə yanaşı, yarpaqları da kalsium deposudur. Gül kələminin tərkibində olanlar:

1. Kalium.

2. Maqnezium.

3. Kalsium.

4. Manqan.

5. Dəmir.

6. Mis.

7. Sink.

8. Ftorid.

9. Karotin,

10. C vitamini.