Dualarda tələb olunan “rizq və ruzi” ifadələrin mənası nədir?


Digərləri 24 Mar 2018 21:50:00 361 0

Dualarda tələb olunan “rizq və ruzi” ifadələrin mənası nədir?

Həmçinin mərhum Əllamə Təbatəbai "Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!" (Zariyat-58) ayəsinin təfsirində ruzi kəlməsini təfsir edərkən buyurur:

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, insanın ən mühüm vəzifəsi öz yaradanını tanıması, özünün islahı, mənəvi yüksəliş əldə etməsidir. İnsanın dəyər və qiyməti yalnız bu yüksəlişdədir. İnsan yalnız özünün bu müqəddəs vəzifəsini tanımaqla mənəvi yüksəliş və dəyər qazana bilər. Çünki Quran insana yalnız bu meyarla dəyər verir və ümumilikdə bütün mənəvi keyfiyyətləri bir adla, "təqva" adı ilə təqdim edir:

"Sizin Allah yanında ən üstününüz daha təqvalı olanınızdır" (Hucurat-13).

İnsanın Allahı "tanıması", Onu təsdiq etməsinin bir çox göstəriciləri vardır ki, bunlara müxtəlif növ ibadətləri, halal-harama diqqəti, Allahın məxluqatı ilə gözəl rəftarı və sair misal çəkmək olar. Həmçinin bütün bu gözəlliklərin içində "duanı" xüsusi qeyd etmək lazımdır. Çünki "dua" elə bir mənəvi "məktəbdir" ki, öz daxilində inasanın bütün daxili aləmini, əqidə və düşüncəsini, qəlbinin və zehninin dərinliklərində olanları  əks etdirir. İnsan sanki bütün "topladıqlarını" dua ilə izhar edir (göstərir). Çünki "dua" edib istəmək kimdən istəməyi, nə istəməyi, necə istəməyi bilməkdir.

Duanın, istəməyin əsasında xeyir durur. Çünki insan yaradılış etibarı ilə özü üçün xeyir istəyən bir varlıqdır. Kimsə özünə pislik və zərər istəməz! İnsanın özü üçün bütün istədikləri bu kimi xeyir, bərəkət ümumilikdə "rizq-ruzi" adlanır.

Bəli, "rizq-ruzi" ümumi mənadadır, nəinki təkcə yemək mənasında. Bəzən insanın maddi durumu yaxşı səviyyədə olur. Bu səbəbdən öz dualarında "ruzi" diləməyə həya edir. Lakin "ruzi" tək yemək-içmək mənasında deyil. Bəlkə, "ruzi" məfhumu ümümi xeyir-bərəkət mənasındadır. Allahın Rəsulu (s) buyurub: