Bakıda oğurluq anı kameraya düşdü VİDEO


Digərləri 24 Mar 2018 20:49:00 242 0

Bakıda oğurluq anı kameraya düşdü  VİDEO

Bakıdakı ticarət mərkəzlərindən birində 2 qadın tərəfindən edilən oğurluq təhlükəsizlik kameralarına düşüb.

Qadınlar öncə alıcı kimi mağazaya daxil olublar. Yanlarında satıcının olmadığını müəyyən etdikdən sonra orda satılan paltarları öz geyimlərinin içərisində gizlədərək mağazadan çıxıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, onlar 3 bahalı mal oğurlayıblar. Nəticədə sahibkara 450-500 manat ziyan dəyib.

Oğurluq anının əks olunduğu görüntüləri "XəzərXəbər"in votsap nömrəsinə göndərən mağaza sahibi bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.


Xəbərə aid video