Gəncədə nitq qüsurlu 5 yaşlı uşaq su kanalında batıb


Digərləri 24 Mar 2018 19:42:00 274 0

Gəncədə nitq qüsurlu 5 yaşlı uşaq su kanalında batıb

Selcan Ağayevanın ailəsi ilə birlikdə Nizami rayonuna qonaq gəldiyi bildirilir

Gəncə şəhəri, Nizami rayonu ərazisindəki su kanalında 5 yaşlı qıza batıb.

Son.az "Report"a istinadən bildirir ki, Ağayeva Selcan məxsus mobil telefonun kanalda aşkarlanması səbəbindən onun batdığı ehtimal edilir.

Onun nitq qüsurlu olduğu bildirilir. S.Ağayevanın ailəsi ilə birlikdə Nizami rayonuna qonaq gəldiyi bildirilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.