Sumqayıtda 9cu sinif şagirdini avtomobil vurdu


Digərləri 24 Mar 2018 15:53:19 262 0

Sumqayıtda 9cu sinif şagirdini avtomobil vurdu

Sumqayıt şəhərində 15 yaşlı oğlanı avtomobil vurub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Saray körpüsü adlanan ərazidə qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü V.M. Saray körpüsündə yolu keçərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Məktəbli ağır xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralı müayinə olunaraq xəstəxananın Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

Qeyd edək 15 yaşlı V.M. Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdidir. Qəzanı törədən sürücü artıq məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.