ABŞ-dan olan bir ailənin 4 üzvü Meksikada ölü tapılıb


Dünya 24 Mar 2018 06:28:35 268 0

ABŞ-dan olan bir ailənin 4 üzvü Meksikada ölü tapılıb

Onlardan ikisi uşaqdır – qız və oğlan

Meksikanın Tulum şəhərinin turizm kompleksində dörd nəfərdən ibarət amerikalı ailə ölü tapılıb.

“Report” xəbər verir ki, bu barədə Kintana-Roo ştatının Baş Prokurorluğu məlumat yayıb.

Ölənlərin biri kişi, digəri qadın, daha ikisi isə uşaqdır – qız və oğlan.

İlkin olaraq müəyyən edilib ki, ABŞ vətəndaşları Meksikaya martın 15-də gəliblər və 21-dək burada qalmağı planlaşdırıblar. Onların yoxluğu barədə ölənlərin dostları məlumat veriblər.

Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı araşdırma aparılır.