Azərbaycan əhalisi 7 milyard manatdan çox pul qazanıb


Digərləri 23 Mar 2018 16:54:00 253 0

Azərbaycan əhalisi 7 milyard manatdan çox pul qazanıb

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 7 milyard 700,3 milyon manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, nominal gəlirlər əhalinin hər nəfərinə orta hesabla 786,4 manat təşkil edib.