Hindistanda yol qəzasında 10 nəfər öldü


Digərləri 23 Mar 2018 16:23:00 246 0

Hindistanda yol qəzasında 10 nəfər öldü

Hindistanın şimalında yerləşən Pratapqarx şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Hindistanın şimalında yerləşən Pratapqarx şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, yük maşınının taksi ilə toqquşması nəticəsində 10 nəfər ölüb. Daha 6 nəfərin yaralandığı deyilir.