Fransada eyni gündə iki insident:


Dünya 23 Mar 2018 15:52:00 223 0

Fransada eyni gündə iki insident:

Fransanın cənubundakı Karkason şəhərində naməlum şəxs xüsusi xidmət orqanı əməkdaşına atəş açıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.

Bundan başqa, Od departamentində silahlı şəxs supermarketdə insanları girov götürüb. Hadisə nəticəsində bir nəfərin öldüyü barədə məlumatlar var.

Polis insanların girovluqdan azad olunması üçün ərazini mühasirəyə alıb.