"Mənim üçün siyasət başa çatıb"


Dünya 23 Mar 2018 14:24:00 239 0

"Mənim üçün siyasət başa çatıb"

Fransanın sabiq prezidenti Nikola Sarkozi Liviyanın mərhum lideri Müəmmar Qəddafidən pul yardımı alması barədə iddialara cavab verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Nikola Sarkozi "TF 1" telekanalının canlı yayımında haqqında səslənən ittihamları rədd edərək, ölkəsinin hədəf seçildiyini bildirib:

"Bu gün mən deyil, Fransa hədəf seçilib. Mənə qarşı səsləndirilən ittihamlarda heç bir tutarlı dəlil yoxdur. Sadəcə kinlə qarşı-qarşıya qalmışam. Çox dərin yara almışam. Bu yara özüm üçün deyil, ölkəm adınadır. Bu gün hədəfdə  Fransa və onun prezident postu var.  Mənim üçün siyasət başa çatıb. Ancaq Fransanın siyasəti heç zaman bitməyəcək. Fransızlara xəyanət etməyim iddialarını əsla qəbul etməyəcəm".