Rəqqasənin uşağı başqa kişidəndir?


Dünya 23 Mar 2018 12:21:00 253 0

Rəqqasənin uşağı başqa kişidəndir?

Məhkəmə məşhur oriental rəqqasə Tanyelinin oğlunun ərindən olmadığına qərar vermişdi.

Son.az Haberler-ə istinadən xəbər verir ki, yeni edilən açıqlamada Tanyelinin oğlunun DNT testinə də getmədiyi bildirilib.   Rəqqasənin oğlu Taylanın iş adamı Yusuf Sadıkoğlundan olmadığına qərar verən məhkəmə qərarında bunlar qeyd edilib: "Taylan DNT testinə getmədi. Edilən xəbərdarlıqlar cavabsız qaldı. Özü də məhkəmə prosesi davam etdiyi müddət ərzində test üçün müraciət etmədi".

Qeyd edək ki, iş adamı Taylanın onun oğlu olmadığını iddia etmişdi. Rəqqasə iddiaları rədd edərək: "Taylan onun öz oğludur, 14 yaşında ana olmuşdum. O həyatımı məhv etdi" demişdi.